COVID pasportu olan şəxslərin bəzi imtiyazları olacaq


12:58     25 May 2021 21_05_25_1621933197.jpg


“COVID pasportu, yəni sertifikatlardan birinin olması ilə idman sağlamlıq obyektlərinə girişə imkan veriləcək. İlkin olaraq bu pasportların tətbiqi yalnız idman sağlamlıq mərkəzinə girişə tətbiq ediləcək”.

Femida.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib.

“Amma gələcəkdə COVID pasportu olan şəxslərin digər müəssisələrə də çıxışına icazə veriləcək. Burda söhbət konsert, teatr, toylar və digər şənliklərədn gedir. Bu barədə əlavə məlumat veriləcək”, - o vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 436