İmişli sakini həmkəndlisini güllələdi
10:21 26 May 2021
25 may 2021-ci il tarixdə saat 23 radələrində İmişli rayonu, Çaxırlı kənd sakini Alı Alıyevə odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İmişli rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Yadigar Cəfərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Alı Alıyevi qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Yadigar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq aparılır.
Oxunub: 322
Oxşar xəbərlər
- İmişlidə 46 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb
- İmişlidə kişinin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanılıb
- İmişli, Zaqatala və Yardımlıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açılıb
- İmişlidə qadın qətlə yetirilib, əri intihar edib
- İmişlidə 4 il əvvəl törədilən oğurluğun üstü açılıb
- İmişlidə avtomobillər toqquşub xəsarət alanlar var
- İmişlidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb
- İmişlidə tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır
- İmişlidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
- İmişlidə avtomobil su kanalına düşüb, ölən var