XİN rəhbəri Azərbaycanın Sarayevoda səfirlik açması qərarını alqışlaşdı


10:23     26 May 2021 2021/05/bosni-1622008554_1622010303.jpg

Azərbaycan parlamentinin Sarayevoda səfirlik açması barədə qərarını alqışlayıram.

Femida.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini, xarici işlər naziri Bisera Turkoviç Tvitter hesabında yazıb.

"Bosniya və Herseqovinanın bu il mart ayında Bakıda səfirlik açması barədə qərar verdiyini nəzərə alsaq, bu, iki dost ölkə arasındakı münasibətlərin və əməkdaşlığın yaxşılaşdırılması istiqamətində vacib bir addımdır", - nazir vurğulayıb.

Xatırladaq ki, dünən Azərbaycan parlamenti Sarayevoda səfirlik açmaq barədə qərarı təsdiqləyib.

Açar sözlər:

Oxunub: 511