Lənkəranda ana doğuşdan sonra ölüb


10:32     26 May 2021 xestexana_018889.jpg

Lənkəranda 28 yaşlı qadın övladını dünyaya gətirəndən sonra vəfat edib.

Femida.az-ın verdiyi məlumata görə, dünən axşam Lerik rayon sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində qız övladı dünyaya gətirib. Sonradan vəziyyəti pisləşən ananı həkimlər yenidən əməliyyat ediblər. Həkimlərin səylərinə baxmayaraq, 3 uşaq anası Fəridə Yaqubzadə bu gün səhər vəfat edib.

Mərhumun meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Onun dünyaya gətirdiyi körpənin səhhətində isə problem yoxdur. Bundan əvvəlki övladını da qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən qadının qohumlarının iddiasına görə, Fəridə Yaqubzadənin ölümü həkim səhlənkarlığı ucbatından olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 713