İrandan Ərdoğana sərt cavab


22:32     29 Dekabr 2015 son2015122913746_34.jpg

İran Xarici İşlər Nazirliyi Türkiyə prezidenti RəcəbTayyib Ərdoğanın İranı Suriya prezidenti Bəşər Əsədi dəstəkləyərək məzhəb ayrıseçkiliyi etmələrinə reaksiya verib.


Femida.az türk mətbuatına istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ənsari “Bu sözlərin şəxsi siyasi hədəflərlə bağlı olduğunu” qeyd edib.

Nazirlik rəsmisi Hüseyn Cabir Ənsari keçirdiyi mətbuat konfransında Ərdoğanın çıxışına münasibət bildirərək Türkiyə rəhbərliyində İrana qarşı bu cür ifadələrin ilk dəfə işlənmədiyini qeyd edib.

“Bölgədəki mövcud anlaşılmazlıqları şəxsi hədəfləri zəmnində istifadə edirlər. Biz digərlərinin nə danışdığına görə, məsuliyyət daşımırıq və Suriya məsələsindəki siyasətimiz açıq və aydındır. İranın Suriya ilə bağlı siyasəti iki prinsipə əsaslanır. Bunlar –Suriya xalqının gələcəyini özü təyin etməsi, terror və zorakılıq yolu ilə siyasi hədəflərə nail olması”.

Prezident Ərdoğan Suriyadakı atışmalarla bağlı çıxışında İranı məzhəb ayrıseçkiliyində ittiham etmiş və “İran məzhəbçilik qayəsi ilə Əsədin arxasında durmasaydı bəlkə bu gün Suriya deyə bir məsələni danışa bilərdik” deyə bildirmişdi.

Açar sözlər:

Oxunub: 1097