Təhsil Nazirliyinə 10 milyon manat ayrıldı


13:39     26 May 2021 21_05_26_1622021998.jpg

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında" sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.3-cü yarımbəndində göstərilmiş 10 milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Femida.az

Açar sözlər: #Təhsil   #Nazirlik  

Oxunub: 631