Baş nazirinin müavini özünü güllələdi


22:00     29 Dekabr 2015 axar.az1393672543roqozin1.jpg

Rusiya baş nazirinin müavini Dmitri Roqozin tirdə təsadüfən ayağını vurub.


Roqozin prezident Vladimir Putinin hökumət üzvləri ilə keçən həftə keçirdiyi son görüşü və hökumətin dünənki iclasında iştirak etməyib. “İnterfaks” bunun səbəbini öyrənməyə çalışıb və agentliyin həmsöhbəti bildirib ki, bu, tir atışı zamanı baş verən bədbəxt hadisə ilə bağlıdır.

“Dmitri Roqozin təsadüfən ayağını yaralayıb və Moskva xəstəxanalarından birindədir. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Amma o hələ ki müalicədədir”, - mənbə deyib.

Baş nazirin köməkçisi Nikita Anisimov isə məlumatı təkzib edib:
“Baş nazirin müavini hazırda işdədir və bu gün “Şərq” kosmodromu ilə bağlı iclas da keçirib. O həqiqətən bir neçə gün əvvəl həndbol oynayarkən yüngül zədə alıb və bir neçə gün xəstəxanada müalicə alıb. Lakin bunun bu gün yayılan xəbərlə heç bir bağlılığı yoxdur”.

Açar sözlər:

Oxunub: 1353