Paracüdoçularımız son gündə 1 qızıl, 2 gümüş medal qazandılar


17:42     26 May 2021 21_05_26_1622034480.jpg

Azərbaycanın daha bir pracüdoçusu Bakıdakı beynəlxalq Qran-Pridə qızıl medal qazanıb.

Femida.az -ın məlumatına görə, qadınların mübarizəsində 63 kq çəki dərəcəsində yarışan Xanım Hüseynova finalda rusiyalı Olqa Pozdnişyevanı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

70 kq-da çıxış edən Zülfiyə Hüseynova isə finalda Alana Maldonadoya (Braziliya) məğlub olaraq, ikinci yerlə kifayətlənib.

Kişilərin yarışında isə Hüseyn Rəhimli (81) gümüş medal əldə edib. O, həlledici qarşılaşmada Davurxan Kəramətova (Özbəkistan) uduzub.

Açar sözlər:

Oxunub: 485


Oxşar xəbərlər