XİN: Azərbaycan sərhədlərinin pozulmasına yönəlik cəhdlər yolverilməzdir
10:32 27 May 2021
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən cari ilin mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Femida.az-a verilən xəbərə görə, həmin qruplar aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərksilah edilərək saxlanılıblar.
“Ermənistan tərəfindən bir müddətdir ki, iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçməsi və ərazini minalama və digər diversiya cəhdləri terror-təxribat əməli kimi qiymətləndirilir.
Azərbaycan Ermənistanın illər ərzində basdırdığı minalardan əziyyət çəkdiyi halda, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri Azərbaycan hərbçilərinin və gələcəkdə mülki insanların həyatı üçün ciddi təhlükə ola bilərdi.
Azərbaycan, Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıdır və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarını dəstəkləyir.
Azərbaycanın sərhədlərinin pozulmasına yönəlik cəhdlər yolverilməzdir. Ermənistan iki ölkənin sərhədində gərginliyin artırılmasına yönəlmiş əməllərdən çəkinməli və qonşu dövlətin sərhədlərinə hörmətlə yanaşmalıdır”, - deyə qeyd olunub.
Oxunub: 897
Oxşar xəbərlər
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- XİN: “Ermənistan türkofob dairələrdən dəstək ummağa cəhd edir”
- XİN: Bu kampaniyanın arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur
- XİN: Ermənistan Azərbaycanın səbrini sınağa çəkməyə son qoymalıdır
- XİN: “Ermənistanın təcavüzkar və terrorçu mahiyyəti yenidən üzə çıxdı”
- XİN: Bölgədə artan gərginliyin məsuliyyəti Ermənistanın üzərindədir
- XİN: Avropa Parlamenti üzvlərinin bəyanatı yalnız faktları ifadə edir
- XİN: Nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil
- XİN: Şuşadakı “andiçmə” şousu Ermənistanın ilhaqçı siyasətinin nümayişidir
- XİN: 548 Azərbaycan vətəndaşının Rusiyadan dönüşü təmin edildi