Meksikada məşhur narkobaron öldürüldü
23:40 29 Dekabr 2015
Meksikanın qərbində “Miçoakan ailəsi” adlı narkokartelin yaradıcısı 52 yaşlı Karlos Rosales Mendosanın meyiti tapılıb.
Femida.az-ın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, hadisə yerində daha üç nəfərin cəsədi aşkarlanıb.
Mütəxəssislərin rəyinə görə, qətl cəsədlərin aşkarlandığı yerdə baş verməyib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, öldürülməzdən öncə 4 nəfər işgəncələrə məruz qalıb, ardınca isə odlu silahla qətlə yetirilib.
Yerli hakimiyyət nümayəndələri isə hesab edir ki, Mendosa atışma baş verən ərazidə cinayətkar aləmin nüfuzlu şəxsləri ilə gizli görüş keçirib. Atışmadan sonra narkobaron mühafizəçiləri tərəfindən xilas edilsə də, aldığı güllə yaralarından keçinib.
Qeyd edək ki, Mendosa ötən əsrin 80-ci illərində başlayaraq narkotik ticarəti ilə məşğul olub, 2000-ci ildə isə “Miçoakan ailəsi” adlı narkokartelin əsasını qoyub.
Oxunub: 920
Oxşar xəbərlər
- Meksikada atışma - Polis rəisi öldürüldü
- Meksikada hərbi helikopter qəzaya uğrayıb
- Meksikada həbsxanada iğtişaş
- Meksikada da zəlzələ baş verib
- Meksikada yenidən zəlzələ olub
- Meksikada zəlzələ: Ölənlərin sayı 305 nəfərə çatdı
- Meksikada üç günlük matəm elan olunub
- Meksikada dəhşətli zəlzələ - 149 nəfər ölüb
- Meksikada ölənlərin sayı 90 nəfərə çatıb
- Meksikada 3 günlük matəm elan edilib