Son sutkada 50 mindən çox vaksin vurulub


17:08     27 May 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 50 903 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41421, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9482 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 106 889, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 226 201, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 880 688 təşkil edir.

Femida.az

Açar sözlər: #vaksin  

Oxunub: 328