Ermənistanın XİN rəhbəri əvəzi istefaya getdi


21:55     27 May 2021 2021/02/ayvazyan_1614421083.jpg

Ermənistan xarici işlər naziri əvəzi Ara Ayvazyan vəzifəsindən istefa verib.

Femida.az-n məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

A.Naqdalyan bunun səbəbini açıqlamayıb.

"Ayvazyan istefa barədə ərizəsini təqdim edib", - deyə o feysbukdakı hesabında yazıb.

Qeyd edək ki, Ara Ayvazyan istefasından bir neçə saat əvvəl Hindistanın Ermənistandakı səfiri Kişan Dan Devalya ilə görüşüb.

Açar sözlər:

Oxunub: 375