Aİ üzvü olan bir qrup ölkənin XİN başçıları Azərbaycana səfər edəcək


10:50     28 May 2021 21_05_28_1622184698.jpg

Avropa İttifaqına (Aİ) üzv olan bir qrup ölkənin xarici işlər nazirləri təşkilatın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellin adından Cənubi Qafqazın hər üç ölkəsinə səfər edəcək.

Femida.az -ın xəbərinə görə, bu barədə C. Borrell Aİ xarici işlər nazirlərinin Lissabonda baş tutan qeyri-rəsmi iclasından sonda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, səfərin məqsədi Cənubi Qafqazın hər üç ölkəsində baş verən cari hadisələrdə Aİ-nin daha yaxından iştirak etməyə hazır olduğunu bir daha təsdiqləməkdir.

Açar sözlər:

Oxunub: 969