Hacıqabulda iki avtomobil toqquşdu, xəsarət alan var


09:42     29 May 2021 21_05_29_1622266607.jpg

Hacıqabulda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Atbulaq kəndində qeydə alınıb.

1970-ci il təvəllüdlü Gərayev Saleh Əmirxan oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun çıxığı, sirkə kasasının yerdəyişmiş sınığı diaqnozları qoyulub.

Açar sözlər:

Oxunub: 914