Koronaviruslu şəxs xəstəxananı özbaşına tərk edib


17:29     29 May 2021 21_05_29_1622295001.jpg


Polis əməkdaşları ötən gün paytaxtın Binəqədi və Nəsimi rayonları ərazisində iki nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, həmin şəxslərlə izahedici söhbətlər aparıb. Onlardan biri tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Digər şəxsin isə Abşeron rayonu ərazisindəki modul tipli xəstəxanada müalicə almasına baxmayaraq, bu səhiyyə müəssisəsini özbaşına tərk etməsi müəyyən edilib. O, xəstəxanaya təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 965