Putin və Lukaşenko Soçidə danışıqları davam etdirib


17:47     29 May 2021 2021/05/putin-1622295174_1622296069.jpg

Rusiya və Belarus prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko bu gün Soçidə danışıqlar aparıb.

Femida.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Lukaşenko Soçiyə dünən səfər edib. Onlar arasında ötən gün baş tutan ilk görüş 5 saatdan çox çəkib.

"Bu gün iki prezident arasında təmaslar davam edir", - Peskov deyib.

Açar sözlər:

Oxunub: 1019