Oğurluq etmək istəyən keçmiş məhkum saxlanıldı


20:24     29 May 2021 hebs5.jpg

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səlimbəyli saxlanılıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a bildirilib ki, şəxsi axtarış zamanı ondan "Marqolin" markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 521