Davudoğlu Serbiyanı vasitəçi olmağa çağırdı


02:09     30 Dekabr 2015 serbiya.PNG

Türkiyənin baş naziri Əhməd Davudoğlu Serbiya prezidenti Tomislav Nikoliçi Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına kömək etməyə çağırıb.


Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya prezidentinin mətbuat-xidmətinin məlumatında bildirilir. Məlumata görə, Türkiyənin baş naziri Tomislav Nikoliçə siyasi fikir ayrılıqlarının aradan qaldırılmasında yaxından iştirak etməyə çağırıb.

“Davudoğlu Serbiya prezidenti Tomislav Nikoliçi Rusiya ilə mübahisədə kömək etməyə çağırıb və Türkiyə tərəfinin bu ölkə ilə normal münasibətlərinin olmasında maraqlı olduğunu bildirib. Prezident Nikoliç bununla məmnuniyyətlə razılaşıb”, deyə ikitərəfli görüşün yekunlarına dair rəsmi məlumatda bildirilir.

Açar sözlər:

Oxunub: 886