Sabah Bakı avtovağzalından 72 istiqamət üzrə avtobuslar yola düşəcək


14:56     30 May 2021 21_05_30_1622372222.jpg


May ayının 31-də saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) 1 il 2 ay davam edən fasilədən sonra ilk avtobuslar regionlara yola düşəcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Femida.az-a bildirilib ki, 72 istiqamət üzrə 663 avtobus sabahdan etibarən xidmətə cəlb olunacaq.

Sərnişinlərə səfərdən öncə “avtovagzal.az” saytında şəhərlərarası (rayonlararası) sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə dair və şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı avtovağzallara dair təlimatla tanış olmaq tövsiyə edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 436