Balakəndə narkotik vasitələrin emal edildiyi laboratoriya aşkarlanıb
09:59 31 May 2021
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az -a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Tülü kənd sakini Elvin Abulovun fərdi yaşayış evinə baxış keçirilib.
Nəticədə evin həyətyanı sahəsindən 35 ədəd xüsusi qulluq göstərilməklə yetişdirilən çətənə bitkiləri aşkar edilib. Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə E.Abulovun əmisinə məxsus, ancaq onun nəzarətində olan yardımçı tikilinin zirzəmisində xüsusi örtüklə izolə edilmiş narkotik tərkibli bitkilərin yetişdirilməsi və emalı üçün nəzərdə tutulmuş, istilikvermə cihazları, işıq sistemi və digər texniki ləvazimatlarla təchiz edilmiş xüsusi laboratoriyanın olduğu müəyyən edilib.
Həmin laboratoriyadan, eləcə də yardımçı tikilidən və onun həyətyanı sahəsindən ümumilikdə 53 ədəd narkotik tərkibli bitkilər və kisələrdə 14 kiloqrama yaxın qurudulmuş marixuana qablaşdırılaraq götürülüb. E.Abulov şübhəli şəxs qismində tutularaq götürülmüş maddi sübutlarla birlikdə istintaqa təqdim olunub.Saxlanılan şəxs ifadəsində uzun müddət narkotik istifadəçisi olduğunu və çətənə kollarını mart ayında becərərək xüsusi qulluq göstərdiyini bildirib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub: 761
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanııb