Zakir Həsənov düşmən təxribatlarının qarşısının alınması üçün qətiyyətli addımlar atılması barədə tapşırıq verib
10:34 31 May 2021
Mayın 31-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.
General-polkovnik Z.Həsənov son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaranmış vəziyyəti təhlil edib. O, əməliyyat şəraiti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını və qarşıya qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdırıb.
Xidməti-döyüş fəaliyyətinin təşkili ilə bağlı məsələləri xüsusi qeyd edən müdafiə naziri düşmən təxribatlarının qarşısının alınması ilə bağlı azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrin komandanlığına qətiyyətli addımların atılması və çevik tədbirlərin görülməsini tapşırıb.
Oxunub: 876
Oxşar xəbərlər
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov döyüş hazırlığı tədbirləri və təlimlərin artırılması barədə tapşırıq verib
- Zakir Həsənov NATO rəsmilərini sərhəddəki vəziyyət barədə məlumatlandırıb
- Zakir Həsənov Kəlbəcərə gedib, yeni hərbi infrastrukturlara baxış keçirib
- Zakir Həsənov britaniyalı naziri Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb
- Zakir Həsənov ordunun şəxsi heyətinə döyüş vasitələrinin tətbiqinə hər an hazır olmağı tapşırıb