Satıcını silahla hədələyib spirtli içki aldı


13:33     31 May 2021 2019/12/silah12_1575464305.jpg

Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə mayın 29-da şəhər ərazisindəki marketlərdən birinə gələn şəxsin orada işləyən Ə.Quliyevi tapançaya oxşar əşya ilə hədələyib spirtli içki aparması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Həsənov müəyyən edilərək saxlanılmışdır. Ondan oyuncaq tapança götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 748