Ermənistan XİN başçısının müavini və nazirliyin mətbuat katibi istefa verib


16:48     31 May 2021 2021/05/8d83508a-f072-391a-8ac8-8c376097e8c6_850_1622465491.jpg

Ermənistan xarici işlər nazirinin müavini Qaqik Qalaçyan istefa verib.

Femida.az “Aysor”a istinadən bildirir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

Onun sözlərinə görə, A.Qalaçyan mayın 27-də istefa ərizəsini yazıb.

Bu açıqlamadan az sonra A.Naqdalyan özünün də tutduğu vəzifədən istefa verdiyini bildirib.

Qeyd edək ki, mayın 27-də Ermənistanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan istefa verib.

Açar sözlər:

Oxunub: 672