Pakistanda güclü yağışlar nəticəsində 10 nəfər ölüb


09:39     01 İyun 2021 21_06_01_1622523997.jpg

Pakistanın Şərqi Pəncab əyalətində yağan güclü yağışlar nəticəsində 10 nəəfər ölüb, üç nəfər yaralanıb.

Femida.az Sinxua agentliyinə istinadən xəbər verir ki, Pəncabın Okara şəhərində güclü ildırım çaxması evin dam örtüyünü sıradan çıxarıb və nəticədə 4-ü uşaq olmaqla, 8 nəfər ölüb, 3 nəfər yaralanıb.


Bundan başqa, vilayətin digər ərazisində evin divarı aşaraq bir nəfərin ölümünə səbəb olub. Daha bir kişi isə ildırım vurması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Pakistan Meteorologiya Departamenti ölkənin müxtəlif yerlərində güclü küləklə yanaşı, şimşək çaxacağı barədə xəbərdarlıq edib.

Açar sözlər:

Oxunub: 201