Bakıda evdə 30 yaşlı qadın meyiti tapılıb


11:41     01 İyun 2021 2021/06/5ba52c45-7060-353c-bf91-22ba6f687b08_850_1622533350.jpg


Bakıda evdə 30 yaşlı qadın meyiti tapılıb
Bakıda evdə 30 yaşlı qadın meyiti tapılıb
Azərbaycan Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Femida.az
- a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 58 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib, həmçinin Sabunçu rayonunda 1990-cı il təvəllüdlü qadının meyiti mənzildə bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 798