Klub prezidentinin atası həbs olundu


15:00     27 May 2015 simurqa%20anar.jpg

Beynəlxalq Bankdakı kredit qalmaqalı ilə bağlı Bakıda daha bir iş adamı həbs olunub.


Femida.az xəbər verir ki, həmin şəxs “City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirovdur.

Ratmir Bəkirovun vəkili Kamandar Nəsibov açıqlamasında bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Bəkirov dələduzluq maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, Ratmir Bəkirov "Simurq" klubunun prezidenti Anar Bəkirovun atasıdır. Anar Bəkirov da bir neçə gün öncə saxlanılaraq ifadə vermişdi.

Açar sözlər:

Oxunub: 706