Xocavənddə ermənilərin atıb qaçdığı silahlar aşkarlandı


14:52     01 İyun 2021 21_06_01_1622546747.jpg


İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.

Daxil İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi növbəti tədbirlər zamanı tərk edilən hərbi mövqelərdən 12 ədəd avtomat, 1 ədəd qumbaratan və 1 ədəd əl qumbarası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 856