Almaniyadan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub
16:05 01 İyun 2021
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan Femida.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Almaniya Federativ Respublikasının Bremen şəhərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Almaniya Federativ Respublikasının Bremen şəhərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya Federativ Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Femida.az
Oxunub: 927
Oxşar xəbərlər
- Almaniyadan Ukraynaya daşınan zenit raket kompleksləri və pulemyotlar gətirilib
- Almaniyadan gələn “Minamyotçik” Qarabağda məhv edildi
- Almaniyadan 140 nəfər mühacir Bakıya yola salınıb
- Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib - SİYAHI
- Almaniyadan deportasiya edilənlərin sayı artıb
- Almaniyadan deportasiya olunanlarla bağlı RƏSMİ AÇIQLAMA