Azərbaycanda vaksinasiya olunanların sayı 2,3 milyonu keçdi


16:49     01 İyun 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg


İyunun 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 59 499 doza vaksin vurulub.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51 940, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 7 559 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 312 min 715-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 404 min 898, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 907 min 817 nəfərdir.

Femida.az

Açar sözlər: #vaksinasiya  

Oxunub: 331