“Gürcüstanın Türkiyə və Azərbaycanla sıx əməkdaşlığı var” - Qaribaşvili
21:16 01 İyun 2021
“Türkiyə Gürcüstan üçün çox önəmli ölkə və strateji tərəfdaşdır”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi brifinqdə deyib.
O, Türkiyənin uzun illərdir Gürcüstanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bildirib.
Hökumət başçısının sözlərinə görə, regionda Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi genişmiqyaslı birgə layihələr həyata keçirilib: “Gürcüstanın Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlığı, tərəfdaşlığı və ən əsası dostluğu var. İkitərəfli və üçtərəfli formatlarda layihələrin reallaşdırılması üçün yaxşı təməllər mövcuddur”.
İ.Qaribaşvili Türkiyə prezidenti ilə görüşdə bölgədəki vəziyyətin də nəzərdən keçirildiyini vurğulayıb. Bölgədə sülhə alternativin olmadığını qeyd edən baş nazir Gürcüstanın bütün məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.
Gürcüstanın hökumət başçısı Türkiyə liderini Tbilisiyə səfərə dəvət edib.
Oxunub: 411
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Mingəçevir evdə qadın meyiti tapılıb