Abşeron sakini özünü 14-cü mərtəbədən atıb


09:14     02 İyun 2021 21_06_02_1622609168.jpg

Abşeronda intihar hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb.

Hələlik şəxsiyyəti bilinməyən, təxminən 45-50 yaşlı kişi özünü binanın 14-cü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün morqa təhvil verilib. İntiharın səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 797