Gəncədə yol qəzası zamanı avtomobillərdən birində yanğın baş verib


09:51     02 İyun 2021 21_06_02_1622609539.jpg

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ 2106” markalı minik maşınları toqquşub. Qəzadan sonra avtomobillərin birində yanğın olub. Yağın söndürüb. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.






Açar sözlər:

Oxunub: 369