Xarici tələbə və nümayəndə heyətləri Füzuli ilə Cəbrayıla yollandı
10:12 02 İyun 2021
Azərbaycanın 16 ali təhsil müəsissəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsinin və nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri başlayıb.
Femida.az -ın məlumatına görə, səfər "Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə" Dövlət Proqramının gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsi bəndinin icrası ilə əlaqədar həyata keçirilir. İcraçı qismində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil və Müdafiə Nazirlikləri çıxış edir.
Ümumilikdə 65 nəfərdən ibarət səfər iştirakçıları işğaldan azad olunmuş ərazilərdə şərti mina partlayışını izləyəcək, Füzulidə qədim məscid, qəzet redaksiyası, hərbi hissə, köhnə qəbiristanlıq və şəhər dağıntılarını ziyarət edəcək.
Cəbrayılda isə Xudafərin körpüsü, su elektrik stansiyası, "Dostluq bulağı", "Qədim çinar" yay kinoteatrı, şəhər qəbiristanlığı və şəhər dağıntılarına baş çəkiləcək.
Eyni zamanda, xarici tələbələrin ifasında milli folklor nümunələri sərgilənəcək. Böyük milli bayrağın açılması və dövlət himninin canlı oxunması fleşmobu da səfər proqramına daxildir.
Oxunub: 907
Oxşar xəbərlər
- Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb
- Xarici diplomların tanınması qaydası dəyişib
- Xarici jurnalistlər Gəncədə erməni terroru ilə bağlı məlumatlandırılıblar
- Xarici dövlətin vətəndaşlığını qəbul etmiş azərbaycanlıların nəzərinə!
- Xarici diplomatlar Şıxarx qəsəbəsində ağac əkiblər
- Xarici İşlər Nazirliyi türkdilli ölkələri təbrik edib
- Xarici diplomların tanınma qaydaları dəyişə bilər
- Xarici narkotacirlərin Azərbaycanda əməkdaşlığa cəlb etdiyi şəxs saxlanılıb
- Xarici jurnalistlərin Füzuli, Şuşa və Ağdama səfəri başlayıb
- Xarici diplomatlar Şuşada