Türkiyədə PKK ilə atışma zamanı 1 nəfər həlak olub, 5 nəfər yaralanıb


10:42     02 İyun 2021 21_06_02_1622611148.jpg

Türkiyənin Bitlis əyalətində PKK-ya qarşı əməliyyat zamanı təhlükəsizlik xidmətinin 1 əməkdaşı həlak olub.

Bu barədə Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Tatvan rayonu ətrafında qeydə alınıb. Əməliyyat zamanı baş verən atışmada daha 5 jandarm əməkdaşı yaralanıb. Yaralılar Tatvan Dövlət Xəstəxanasına çatdırılıb.

Hazırda bölgədən qaçan terrorçuların zərərsizləşdirilməsi üçün havadan dəstək verilməklə əməliyyat aparılır.

Açar sözlər:

Oxunub: 710