FHN-dən azad edilmiş ərazilərdəki yanğın təhlükəsi ilə bağlı müraciət - VİDEO


13:17     02 İyun 2021 21_06_02_1622626707.jpg


Fövqəladə Hallar Nazirliyi (FHN) havaların isinməsi ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə müraciət edib.

FHN-dən Femida.az-a daxil olan müraciətdə deyilir:

"Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğalçı düşmən qüvvələrini məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi.

Hazırda ərazilərin yenidən qurulması və bərpası, infrastruktur və digər obyektlərin tikintisi və başqa fəaliyyətlərlə bağlı xüsusi icazə əsasında işğaldan azad edilmiş ərazilərə səfərlər təşkil edilir.

Havaların isinməsi ilə əlaqədar yanğınların baş vermə və sürətlə yayılma təhlükəsini, habelə işğaldan azad olunmuş ərazilərimizdə meşə fondu, flora və faunanın zənginliyini nəzərə alsaq, yanğın təhlükəsizliyi ilə bağlı xırda ehtiyatsızlıq və ya məsuliyyətsizlik böyük fəsadlara səbəb ola bilər. Həmin ərazilərdə düşmən tərəfindən çoxsaylı minaların basdırılması isə yanğınların söndürülməsi işini xüsusilə çətinləşdirir.

Yuxarıda qeyd olunanları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə baş verə biləcək yanğınların söndürülməsi zamanı mina təhlükəsi ilə əlaqədar yanğınsöndürənlərin həyati risk daşıdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi həmin ərazilərə xüsusi icazə ilə səfər edən vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladır.

Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”-yə zəng edin!"



Femida.az

Açar sözlər:

Oxunub: 445