“Erməni ombudsman bir dəfə də olsun əsirlərimizə baş çəkmədi” - Səbinə Əliyeva


13:52     02 İyun 2021 21_06_02_1622627563.jpg


"Məhkəmə açıq şəkildə keçirilib. Təqsirləndirilən şəxslər həm vəkillə, həm də tərcümə ilə təmin olunublar. Yəni onların hüquqları təmin edilir".


Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

S.Əliyeva xüsusi olaraq qeyd edib ki, Ermənistan ombudsmanı bir dəfə də olsun ölkəsində saxlanılan əsirlərimizə baş çəkməyib, onların vəziyyəti, göstərilən tibbi yardım və qidalanma ilə maraqlanmayıb.

"Altı ilə yaxın bizim iki soydaşımız orada girovluqda saxlanıldı. Bu müddətdə bir dəfə də olsun onların vəziyyəti ilə maraqlanmadı. Əksinə, Ermənistanın ombudsmanı institutun fəlsəfəsinə tamamilə zidd olaraq yalnız siyasi çıxışlarla məşğul oldu".

Qeyd edək ki, birinci Qarabağ müharibəsində əsir düşmüş Azərbaycan vətəndaşlarına işgəncə verən və onları qətlə yetirən erməni terrorçular Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin məhkəməsi başlayıb. Məhkəmə prosesində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 544