Azərbaycanda daha 54 379 doza vaksin vuruldu


16:40     02 İyun 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg

İyunun 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 54 379 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 876, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 6 503 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 367 min 094-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 552 min 774, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 914 min 320nəfərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 251