Vətən müharibəsində şəhidlərinin yeni siyahısı açıqlandı - Siyahıda 2900 şəhid var


16:52     02 İyun 2021 21_06_02_1622640737.jpg


Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Femida.az xəbər verir ki, nazirlik iyunun 2-dək dəfn edilən 2900 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkillərini, adlarını, soyadlarını, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatları təqdim edib.

"Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - nazirlikdən bildirilib.

Siyahı ilə bu link vasitəsi ilə tanış olmaq mümkündür:

ŞƏHİDLƏRİN SİYAHISI

Femida.az

Açar sözlər: #şəhid  

Oxunub: 740