Allergiyalı şəxslərin böyük əksəriyyətində peyvənd zamanı ciddi fəsad olmayıb


14:39     03 İyun 2021 21_06_03_1622719012.jpg


“Peyvənd etdirmək üçün fəslin əhəmiyyəti yoxdur. Sadəcə vətəndaşın istəyi olmalıdır”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionist bildirib ki, qoyulan hədəfə çatmaq üçün kütləvi vaksinasiya lazımdır:

“Çox sayda insanda immunitet qazanılması xəstəliyin tez bitməsi üçün əsasdır. Güclü allergik reaksiyası olan şəxslər peyvənd olunmamaq qərarı mütəxəssis verə bilər. Odur ki, allergiyası olan şəxslərin böyük əksəriyyəti peyvənd olunub və ciddi fəsad baş verməyib”.

“Bu gün Azərbaycanda əhali COVID-19 xəstəliyinin ciddiliyinə inanır. Qoyulan qaydalara da ciddi əməl edilir. Qaydalara əməl edilməsi infeksiya və onun yayılmasının səngiməsinə öz töhfəsini verir. Bu gün ölkədə əhalinin müəyyən hissəsində xəstəliyə qarşı həssaslıq azalıb. Əgər zamanla bu tendensiya davam edərsə infeksiya üzərinə ilk qələbəmizi çalacağıq”, - deyə o, bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 450


Oxşar xəbərlər