Ağcabədi “ASAN Həyat” kompleksinin 1 ili - FOTOLAR


15:11     03 İyun 2021 21_06_03_1622719344.jpg

Ağcabədi “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 3 iyun 2020-ci il tarixində baş tutub.

Femida.az xəbər verir ki, kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, ABAD Food Hall , ABAD Boks park, Kino klub, Paint Ball, Anfiteatr-diskoteka və ASAN Kafe var.

​​Ağcabədi regional “ASAN xidmət” mərkəzi 16 iyun 2020-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz Ağcabədi, Beyləqan, Zərdab, Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Xocalı və Xocavənd rayonlarında qeydiyyatda olan 814 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 132 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə 320-dən çox xidmət həyata keçirilir.



Kompleksdə fəaliyyət göstərən Kinoklubda 92 və 46 nəfər tutumu olan 2 ədəd kinozal var.

Kompleksin həyətində açıq hava tədbirləri üçün nəzərdə tutulmuş 100 nəfərlik anfiteatr-diskoklub mövcuddur.
Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenin tutumu 54 nəfərdir.

Mərkəzdə fəaliyyət göstərən ABAD Food Hall sayca beşincidir. Burda ABADçılar tərəfindən qeyri-sənaye üsulları ilə hazırlanmış məhsullar satış üçün vətəndaşlara təqdim olunur.

ABAD Boks park vətəndaşların istirahəti üçün nəzərdə tululmuşdur. Sport Bar guşəsində idman oyunlarının nümayişi üçün nəzərdə tutulmuş böyük ekran mövcuddur. Bundan əlavə “Fast Food”, “Souviner” və “Cofe Shop” da var.



Paint Ball sahəsində on nəfərlik komanda heyətinin oyunu mümkündür.

Bundan başqa Kompleksin həyətində vətəndaşların asudə vaxtlarının xoş keçirmələri üçün park salınıb. Parkın ərazisində fəvvarə, uşaq əyləncə guşəsi, konsert meydançası, idman əyləncə guşəsi var.



Femida.az

Açar sözlər: #ASANXidmət   #Ağcəbədi  

Oxunub: 258