DMX rəisi Ticarət Palatasının nümayəndələri ilə görüşdü
17:56 03 İyun 2021
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Azərbaycan-Fransa Ticarət Palatasının nümayəndələri ilə görüşüb.
DMX-dən Femida.az-a verilən məlumata görə, onlayn formatda keçirilən görüşdə çıxış edən Vüsal Hüseynov ənənəvi görüşün dövlət qurumları və özəl sektor arasında dialoqun inkişafına müsbət təsirindən söhbət açıb. O bildirib ki, miqrasiya proseslərinin tənzimlənməsində özəl sektorun iştirakı qarşılıqlı əlaqələrin genişlənməsinə mühüm töhfədir.
V.Hüseynov “Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2020” Hesabatında işəgötürənlər tərəfindən qaldırılan məsələlərə münasibət bildirib, əmək miqrasiya kvotası ilə bağlı yenilənmiş statistik məlumatların əldə edilməsi, eləcə də iş icazəsi üçün müraciətlə əlaqədar elektron xidmətlər sahəsində yaradılmış imkanlarla bağlı təqdimat keçirib.
Görüşdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas və Fransanın ölkəmizdəki səfiri Zakari Qros, eləcə də Azərbaycan-Fransa Ticarət Palatasının rəhbərliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinin işəgötürənlərin fikirlərinə proaktiv yanaşması yüksək qiymətləndirilib.
Sonda Dövlət Miqrasiya Xidmətinin rəisi iştirakçıları maraqlandıran sualları cavablandırılıb.
Femida.az
Oxunub: 535
Oxşar xəbərlər
- DMX: 245 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
- DMX əməkdaşının kitabı Türkiyədə işıq üzü gördü
- DMX-nin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edilib
- DMX-nin rəhbər heyəti maaşlarının yarısını "YAŞAT" fonduna köçürdü
- DMX rəisi Vladimir Gyorgiyevlə onlayn görüş keçirdi
- DMX ilə ölkəmizdəki işəgötürənlər arasında onlayn görüş keçirilib
- DMX əcnəbilərə müraciət edib
- DMX əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət etdi
- DMX rəisi yeni Fərmanla bağlı məlumat yaydı
- DMX əcnəbilərə müraciət etdi