Ermənistan XİN başsız qaldı


09:49     04 İyun 2021 21_06_04_1622785791.jpg


Ermənistanın Xarici İşlər Nazirliyi rəhbərsiz qalıb.

Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd edilib ki, müavinlərin istefası rəsmi olaraq təsdiqlənməsə də, 2020-ci ilin büdcəsinin maliyyə hesabatı dünən parlament komitələrində müzakirə edilməli idi. Lakin XİN-dən heç kim iştirak etmədiyi üçün iclas baş tutmadı. Adətən, bu müzakirələrdə ya nazir, ya da müavinlərindən biri iştirak edir. Bu fakt həm də nazir müavinləri Artak Apitonyan, Avet Adonts və Armen Qevondyanın istefa ərizələri yazdıqlarını təsdiqləyir.

Yeri gəlmişkən, hökumətin nazir müavinlərini ərizələrini geri götürməyə, hökumət və parlamentin dünənki iclaslarına nümayəndə göndərməyə razı salmağa çalışdığı barədə məlumatlar var. Lakin bu təklif rədd edilib.

Xatırladaq ki, xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan mayın 27-də istefa verib. Mətbuat istefanın səbəbinin Nikol Paşinyanla ziddiyyətlər olduğunu yazıb. Onun ardınca nazir müavini Qaqik Qalaçyan və mətbuat katibi Anna Naqdalyan da istefa veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1084