Müharibə əlilləri ev alqı-satqısı zamanı rüsumdan azad edilir


11:39     04 İyun 2021 21_06_04_1622794697.jpg


"Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilir.

Femida.az-ın xəbərinə görə, dəyişikliklə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər mənzil (ev) alqı-satqısı zamanı notariat hərəkətlərinin aparılması ilə əlaqədar dövlət rüsumundan azad olunurlar.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin iyunun 8-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1228