Jurnalistlər Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub


13:59     04 İyun 2021 21_06_04_1622799421.jpg

Bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.

Femida.az -ın xəbərinə görə, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov səfərdə iştirak edir.

Nümayəndə heyəti Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.

KİV nümayəndələrinə erməni vandaliziminə məruz qalan tarixi abidə ilə bağlı məlumat verilib.

Qeyd edək ki, səfəri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti təşkil edib.

Açar sözlər:

Oxunub: 1246