Ərdoğan: "Ordumuz xainlərdən təmizləndikcə yeni-yeni uğurlar qazanır"


17:33     04 İyun 2021 erdogan.jpg

“Ölsəm şəhid, qalsam qazi olaram" anlaşıyı ilə fəaliyyət göstərən Türkiyə Silahlı Qüvvələri sıralarındakı xain və satqınlardan təmizləndikcə yeni-yeni uğurlar qazanır”.

Femida.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Dəniz canavarı-2021” (“Dəniz kurdu”) hərbi təlimlərinə canlı bağlantı zamanı deyib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələri bacarıq və qətiyyətlilik baxımından dünyanın ən hazırlıqlı ordularındandır: “Son zamanlar Aralıq dənizinin şərqində, Suriya və İraqdakı əməliyyatlarda ordumuzun qabiliyyətini görmək imkanı əldə etdik”.

Açar sözlər:

Oxunub: 955