Milli Məclisin sədri Azərbaycanın Pakistandakı səfirliyində olub


19:36     04 İyun 2021 2021/06/59abc208-0bc9-385d-92f6-ccba742e1020_850_1622821001.jpeg

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.


Bu barədə Femida.az-a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Məlumata görə, Milli Məclisin sədri səfirlikdə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

Sonra parlamentin sədri və nümayəndə heyətinin üzvləri səfirlik əməkdaşları ilə tanış olaraq onlar üçün burada yaradılmış şəraitlə yaxından maraqlanıblar.

Milli Məclisin sədri səfirlikdəki xatirə kitabına öz ürək sözlərini yazıb.

Açar sözlər:

Oxunub: 969