Mingəçevirdə ağır yol qəzası olub, yaralılar var


09:11     05 İyun 2021 21_06_05_1622863588.jpg

Mingəçevirdə yol qəzası baş verib, ana və bala xəsarət alıb.

Femida.az -ın məlumatına görə, hadisə Təbriz küçəsindən qəbiristanlıq yoluna dönən istiqamətdə qeydə alınıb.

Qəza nəticəsində iki minik avtomobili toqquşub və hadisə zamanı Qax rayon sakinləri olan ana və övladı müxtəlif bədən xəsarətləri alıb. 1960 və 1993-cü il təvəllüdlü ana-bala Nuriyə Nəbiyeva və Fatma Nəbiyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 979