Bu gündən iyunun 7-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək


09:14     05 İyun 2021 yanvar-ayinda-61-sayli-marsrut-xttin-yeni-avtobuslar-cixarilacaqc88ab3d062f561559682.jpg

Bu gündən iyunun 7-si saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Femida.az -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Həftəsonu Bakı Metropolitenində də sərnişindaşıma dayandırılıb.

Açar sözlər:

Oxunub: 573