Bakıda 27 yaşlı gənc yol qəzasında xəsarət aldı


09:34     05 İyun 2021 21_06_05_1622865126.jpg

Bakıda xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb.

Femida.az -ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Minik avtomobili ilə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü, 1994-cü il təvəllüdlü Abdullayev Elvin Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldırın sınığı və sol dirsəyin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 999