Azərbaycan neftinin qiyməti 72 dolları keçib


10:30     05 İyun 2021 neft5.jpg

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,95 % artıb.

Femida.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 72,48 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Açar sözlər:

Oxunub: 1179